Qusarda dərəyə aşan mikroavtobusda xəsarət alanların adları məlum olub

Qusarın Avaran kəndi ərazisində dərəyə aşan mikroavtobusda yaralanan sərnişinlərin adları müəyyənləşib.

Qusardan Xürel kəndinə gedən sərnişin avtobusunda qəza zamanı 15 nəfər olub. Onlardan 6 nəfər – Mikayılova Liana Nəriman qızı, Bədəlova Lamunat Misənnif qızı, Şıxzadayeva Milyanə Vəzirxan qızı, Əmiraslanov Ruslan Əmiraslan oğlu, Beydiyeva Aksana Mövlud qızı və Cavadova Aysel Mayis qızı xəsarət alıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəzaya uğrayan 38 BC 630 dövlət nömrə nişanlı, “Mercedes” markalı mikroavtobusun sürücüsü Qusarın Xürel kənd sakini Natiq İlyasovdur. Sürücü bildirib ki, qatı duman səbəbindən sərt döngədə idarəetməni itirib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.