İsrail hərbçiləri Qəzza şəhəri də daxil olmaqla, Qəzza zolağının şimal hissəsinə nəzarəti ələ keçirib. Quru əməliyyatı davam etdiriləcək.
CNN-nin verdiyi məlumata görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.
“Siz Qəzza parlamentində oturan hərbçilərimizi gördünüz. Bu çox vacibdir. Deyə bilərəm ki, Qəzza zolağının şimalında HƏMAS vəziyyətə nəzarəti itirib. Faktiki olaraq biz Qəzza zolağının şimal hissəsində, xüsusən də Qəzza şəhərində yerin üstündə və altında bütün əraziyə nəzarət edirik”, – nazir qeyd edib.
Azpost.info