Yanacaq daşıyan ilk tanker Misirlə Qəzza zolağının sərhədindəki “Rəfah” keçid məntəqəsindən keçərək Fələstin anklavına daxil olub.
Azpost.info xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Bu, oktyabrın 7-dən sonra Qəzzaya ilk yanacaq çatdırılmasıdır. Bunun ardınca daha bir neçə yanacaq tankerinin göndəriləcəyi gözlənilir.
Daha əvvəl BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi məlumat vermişdi ki, İsrail hakimiyyəti humanitar yardımın boşaldılması və paylanması üçün lazım olan məhdud miqdarda yanacağın Qəzza zolağına çatdırılmasına icazə verib.
Azpost.info