Rəsul Quliyev Lalə-Şövkəti təbrik etdi, ona “dəmir ledi” dedi:

“Bütün imtiyazlardan imtina etməyi bacardı”
07 Noyabr 2019 - 11:08

Azərbaycan Milli Məclisinin sabiq Sədri Rəsul Quliyev eks-dövlət katibi, Liberal Partiyanın lideri Lalə Şövkəti ad günü münasibəti ilə təbrik edib.

Azpost.info bildirir ki,  R. Quliyev  Lalə-Şövkəti “dəmir ledi” adlandırıb: “Bu gün Azərbaycanın dəyərli dövlət xadimi, böyük şəxsiyyəti, dəmir ledisi olan Lalə xanım Şövkət Hacıyevanın 68-ci doğum günüdür. Azərbaycanın ən çətin zamanlarında dövlət məmuru olaraq çalışmış, xalqının sosial, siyasi və iqtisadi həyatında mühim qərarlar vermiş, xalqının azad və hüquqi bir dövlətdə yaşaması üçün mücadilə etmiş, eyni zamanda Azərbaycan siyasi elitasında bütün imtiyazlardan imtina etməyi bacaran yeganə xanım olaraq tarixə düşəcək qədər böyük şəxsiyyətdir!

Doğum gününüz mübarək!”