“Rabitə vasitələrindən silah kimi istifadə olunması yolverilməzdir”- BMT-nin Ali Komissarı

“Livanda peycer və digər avadanlıqların partladıldığı hücum humanitar qanun pozuntusudur”.

Azpost.info xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Tyurk deyib.

O, sentyabrın 17 və 18-də Livanda dinc əhaliyə edilən hücumlardan şoka düşdüyünü bildirib.

“Bu, 2023-cü ilin oktyabr ayından bəri getdikcə qeyri-sabit vəziyyətdən və ağır, uzun sürən iqtisadi böhrandan əziyyət çəkən Livan xalqı arasında geniş qorxu, çaxnaşma və dəhşətə səbəb olub”, – BMT rəsmisi bildirib.

Tyurkun fikrincə, peycerlərlə bağlı vəziyyət müharibədə yeni inkişafdan xəbər verir. Belə ki, rabitə vasitələri silaha çevrilir ki, bu da yolverilməzdir. O, bu partlayışların şəraitinin müstəqil, hərtərəfli və şəffaf araşdırılmasını tələb edib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan Yazıçılar Birliyi Elza Seyidcahana xəbərdarlıq edib

Sonrakı məqalə

Rusiya nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olub