Bayram namazı nə vaxt qılınacaq?- QMİ açıqladı

Azərbaycanda Ramazan bayramının namazı məscidlərdə aprelin 10-da qılınacaq.

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, bəzi məscidlərdə namaz saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq:

“Azərbaycanın bütün məscidlərində bu cür qərar verilib. Məscidin imamları da gələn camaatına uyğun olaraq namaz vaxtlarını seçə bilərlər, yəni istərsə, 08:00, istərsə də 09:00”(apa).

Əvvəlki məqalə

“Lotu Quli”nin qətlində təqsirləndirilən iki nəfərə ömürlük həbs cəzası verilib

Sonrakı məqalə

Azərbaycan Ordusunun təlimdə həlak olan hərbçisi Qubada dəfn edilib