Ramzan Kadırov 18 yaşlı böyük oğlunu nazir müavini təyin edib-FOTO

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu, on səkkiz yaşlı Axmat Kadırov respublikanın bədən tərbiyəsi, idman və gənclər siyasəti nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

Azpost.info bildirir ki, bu barədə parlamentin sədri Maqomed Daudov öz Telegram kanalında məlumat verib.

“Axmat Kadırovu Çeçenistan Respublikasının bədən tərbiyəsi, idman və gənclər siyasəti üzrə nazirinin birinci müavini vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm. Əminəm ki, təyinat nazirliyin idmanın inkişafı sahəsində gənc nəslin vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsi sahəsində fəaliyyətinin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə kömək edəcək”, – Daudov yazıb.

Əvvəllər Axmat Kadırov “Birincilərin Hərəkatı” Ümumrusiya ictimai-dövlət gənclər hərəkatının Çeçenistandakı bölməsinin şurasının rəhbəri olub.

Azpost.info

Əvvəlki məqalə

Vəzifədən azad edilmiş XİN başçısı Britaniyanın daxili işlər naziri təyin olunub

Sonrakı məqalə

“ABŞ Qəzzadakı münaqişənin Livana sıçramasını istəmir”