Rasim Balayev “Dədə Qorqud”da şirlə davasından danışıb:

“Rejissora dedim “nənəm də yuxarıdan “qorxma” deyə bilər” (VİDEO)
16 Aprel 2020 - 22:53

Azərbaycanın xalq artisti, görkəmli kino aktyoru Rasim Balayev Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşü zamanı “Dədə Qorqud” filmində şirlə döyüş səhnəsinin neçə çəkilməsi barədə danışıb.

Azpost.info bildirir ki, videoda xalq artisti bu çəkilişlə bağlı yadda qalmış baməzə xatirəsini danışıb.

Videonu oxuculara təqdim edirik:

“- Anara dedim ki, sən Allah bu şir epizodunu dəyiş”.

“- Şirə yemək üçün Keşlə ət kombinatından hər gün 10 kilo ət verirdilər”

“- Mənə yalandan dedilər ki, şirin ayağına nazik zəncir vurulub”.

“- Rejissor qışqırdı ki, alə qorxma, Beyrək qəhrəmandır…”

-Şir maşında çevriləndə filmin direktoru guppultu ilə dəydi yerə”

– “Tofiq Tağızadəyə dedim ki, əşi nənəm də yuxarıdan “qorxma” deyə bilər…”

1975-ci ildə çəkilmiş “Dədə Qorqud” filmi Azərbaycan xalqının qədim eposunun mötivləri əsasında ekranlaşdırılıb. Ssenari müəllifi Anar, rejissoru mərhum Tofiq Tağızadədir.