“Rişi Sunakla fikir ayrılığımız var…”- Britaniyanın yeni XİN rəhbəri

Böyük Britaniyanın bu gün təyin olunan xarici işlər naziri Devid Kemeron hazırkı hökumət başçısı Rişi Sunakla fikir ayrılıqlarının olduğunu etiraf edib.

Azpost.info xəbər verir ki, lakin o əmin edib ki, bu, onun yeni vəzifəsinin icrasına maneə olmayacaq.

“Son yeddi il ərzində siyasətin cəbhə xəttindən uzaqda olsam da, ümid edirəm ki, mənim təcrübəm – on bir il Mühafizəkarlar Partiyasının lideri və altı il Baş Nazir kimi çalışmağım bu həyati problemlərin həllində Rişi Sunakı dəstəkləməyə kömək edəcək”, – Kemeron deyib.

Kemeron 2025-ci ilin yanvarından gec olmayaraq keçiriləcək növbəti parlament seçkilərində Mühafizəkarlar Partiyasını Sunakla birlikdə qələbəyə aparmağa hazır olduğunu bildirib: “Bəzi fərdi qərarlarla razılaşmasam da, mənə aydındır ki, Rişi Sunak çətin bir zamanda nümunəvi liderlik nümayiş etdirən güclü və bacarıqlı baş nazirdir. Mən ona ölkəmizin ehtiyac duyduğu təhlükəsizlik və rifahı çatdırmaqda kömək etmək istəyirəm”.

Oktyabrın əvvəlində Kemeron Sunakı Londonu Britaniyanın mərkəzi və şimalındakı əsas şəhərlərlə birləşdirəcək nəhəng yüksək sürətli qatar layihəsini ləğv etmək qərarına görə tənqid etmişdi. Bu çox milyard dollarlıq plan bir vaxtlar Kemeron hökuməti tərəfindən təsdiqlənmişdi.

Azpost.info

Əvvəlki məqalə

Kemeron ilk açıqlamasını verdi

Sonrakı məqalə

İnsanları qeydiyyatdan çıxarırlar ki, sənin evinin sənədi yoxdur