Rusiyanın bu bölgəsində hicab və niqaba qadağa qoyuldu

Rusiyanın Vladimir vilayətinin məktəbləri şagirdlərin dini mənsubiyyətini nümayiş etdirən geyim, o cümlədən hicab və niqab geyinməyi qadağan edib.

Azpost.info xəbər verir ki, bu barədə “Vedomosti” yazıb.

Məlumata görə, yerli Təhsil və Gənclər Siyasəti Nazirliyi oktyabrın 25-də müvafiq əmr verib.

Nazirlikdən bildirilib ki, dini geyimə qoyulan qadağa Rusiyanın kilsənin dövlətdən, o cümlədən dünyəvi təhsil sferasından ayrıldığı dünyəvi ölkə olması ilə bağlıdır. Qurum həmçinin qeyd edib ki ki, qərar “Vicdan azadlığı və dini birliklər haqqında” qanuna və “Təhsil haqqında” qanuna tam uyğundur.

Azpost.info

Əvvəlki məqalə

Zalda Selin Dionu görən məşhur müğənni ağladı –

Sonrakı məqalə

Bakıda bu ərazilərdə parklanma pulsuz oldu