ABŞ prezidenti Co Bayden yaxın saatlarda Rusiya oliqarxlarlarının bir qrupuna qarşı sanksiya tətbiq edəcək.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumata görə, sanksiyalar oliqarxların özləri və ailələrinin ABŞ-a səfərlərinə qadağanı nəzərdə tutur.
Qeyd edək ki, Bayden Konqres qarşısında dünənki çıxışında Putin rejimi sayəsində milyardlarla dollar oğurlayan rus oliqarxlarına səslənərək ABŞ-ın bu duruma nöqtə qoyduğunu bildirmişdi. Bayden onların cinayətlərini araşdıracaqlarını, qanunsuz yolla əldə etdikləri sərvəti əllərindən alacaqlarını bəyan etmişdi.
Azpost.info