Rus rublu yenidən kəskin ucuzlaşdı –1 dollar 140 rubl oldu

Rusiyanın Ukraynaya hücumu və bununla bağlı Qərbin tətbiq etdiyi sanksiyalar fonunda rus rublunun məzənnəsi dollar qarşısında yenidən kəskin aşağı düşüb.

Forex bazarında dollar və avro rubl qarşısında tarixi maksimumlara yüksəlib. Dollar 140 rubl, avro isə 146 rubla çatır. «Bloomberg»in məlumatlarına görə, təkcə bu gün dollar rubl qarşısında 27%, avro isə 20%-dən çox bahalaşıb.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankının qərarı ilə bazar ertəsi günü, yəni bu gün, martın 7-də Rusiya birjalarında əməliyyat aparılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kanada daha 10 rusiyalı məmur və oliqarxa sanksiya tətbiq etdi

Sonrakı məqalə

Ukraynada Rusiya Federal Təhlükəsizlik Xidmətinin agenti saxlanılıb –