“Rusiya ərazisində ABŞ-ın bütün sayt və kanalları bloklanmalıdır”- KADIROV

“Rusiya ərazisində “Youtube” da daxil olmaqla, ABŞ-ın bütün sayt və kanalları bloklanmalıdır”.

Azpost.info xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov bildirib.

“Təəssüf ki, gecikirik. “YouTube” çoxdan bağlanmalı və dərhal bloklanmalı idi. Çünki Rusiyanın, Çeçenistanın maraqlarını, insan maraqlarını qoruyan bütün kanallarımızı dərhal bloklayırlar. İnsanları azdıran şeytanları isə dəstəkləyirlər”, – Kadırov deyib.

Onun sözlərinə görə, ruslar xarici resurslardan istifadə edərək başqalarının resursları, filmləri və klubları üçün lobbiçilik edirlər. Nümunə olaraq Çeçenistan rəhbəri xarici futbol matçlarını və idmançıları göstərən Rusiyanın idman kanallarını göstərib.

“Bizimkiləri göstərmirlər. Deyirik ki, əcnəbi futbolçuların alınmasına qadağa qoyulsun, özümüzünkülər yetişdirək, amma yox. Zənginlər əcnəbi futbolçular alır, biz də ən azı liqada, ilk onluğa düşmək istəyirik. Amma biz alırıq, son vəsaitimizi yatırırıq”, – Kadırov vurğulayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.