Qərb istehsalçılarının texniki dəstəyindən məhrum olan Rusiya təyyarələri uçuşlar zamanı kütləvi şəkildə sıradan çıxır.
Azpost.info xəbər verir ki, bu gün Sankt-Peterburqdan Soçiyə uçan “Rossiya” aviaşirkərinə məxsus Airbus A319 təyyarəsi “Mineralnıye Vodı” hava limanında məcburi eniş edib. Bu, son bir ayda baş verən 7-ci belə haldır.
Məlumata görə, yanacaq sızması səbəbindən təcili eniş edən təyyarə hazırda mütəxəssislər tərəfindən yoxlanılır. Hava limanına sərnişinləri təyinat yerinə çatdırmaq üçün ehtiyat təyyarə göndəriləcək.
Bir neçə gün əvvəl, mayın 27-də Soçidən Sankt-Peterburqa uçan “Rossiya” aviaşirkərinə məxsus daha bir Airbus A319 təyyarəsi texniki səbəbdən Moskvanın “Şeremetyevo” hava limanına enmişdi. Səbəb təyyarənin sensorlarından birinin yanlış həyəcan siqnalı olmuşdu.
Əksər hallarda ciddi ziyan və ya fəlakətin qarşısı alınır, lakin davamlı texniki problemlər sərnişinlər üçün əhəmiyyətli risklər yaradır və pilotların iş yükünü artırır.
Azpost.info