Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan lideri İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın sonunda danışıqlar aparmaq üçün bir araya gələcək.
Azpost.info xəbər verir ki, “Vedomosti” bunu diplomatik mənbəyə istinadən yazıb.
Görüşün Soçidə baş tutacağı gözlənilir.
“Görüşlə bağlı hazırlıq Putinin Ermənistanla Azərbaycan arasında ərazi mübahisələrinin müzakirə olunduğu Astana sammitində çıxışından sonra başlayıb”, – “Vedomosti” yazır.
“Danışıqların dəqiq tarixi məlum olmasa da, onların oktyabrın son günlərində baş tutacağı güman edilir. Moskva və Soçi görüş yeri kimi qəbul edilir, lakin ikinci variant daha çox ehtimal olunur. Çox güman ki, seçim Soçi olacaq”, – nəşrin həmsöhbəti bildirib.
Azpost.info