“Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməyə hazırıq”- ZAXAROVA

Moskva yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Rusiya tərəfi Bakı ilə İrəvan arasında münasibətlərdə gərginliyin azaldılmasına kömək edəcək istənilən təmasları alqışlayır.

Oktyabrın 27-də Azərbaycanın və Ermənistan və baş nazirləri Nikol Paşinyan və Əli Əsədov Gürcüstanda danışıqlar aparıblar. Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili də iki ölkədən olan həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib.

Azpost.info

Əvvəlki məqalə

Ermənistanda dövlət qurumlarına hücum planlaşdıran terrorçu dəstə saxlanılıb

Sonrakı məqalə

Sumqayıtda özəl klinikada antibiotik vurulan şəxs ölüb