Rusiya Ermənistanı “cəzalandırmağa” başladı - Bu məhsulların idxalına qadağa qoydu

Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandırır.

Azpost.info xəbər verir ki, “Rosselxoznadzor” Ermənistan Baytarlıq Xidmətindən Rusiyaya süd məhsullarının tədarükünü dayandırmağı tələb edib.

Rusiya 20-24-də keçirilmiş auditin nəticələrinə istinadən bildirir ki, Ermənistan öz süd məhsullarının Rusiya alıcıları üçün təhlükəsizliyinə zəmanət verə bilməz. Belə ki, erməni istehsalçıları Rusiyaya tədarük etmək hüququ olmayan İran müəssisələrinin xammalından istifadə edirlər.

Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi bəyan edib ki, xammal təhlükəsizdir və ondan hazırlanan məhsullar da ölkənin daxili bazarında satılır.

“Rosselxoznadzor” yoxlamanın nəticələrini martın 28-də – Ermənistan Konstitusiya Məhkəməsinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) müəyyən etdiyi öhdəlikləri tanımasından bir neçə gün sonra dərc edib. Ermənistanın məsələ ilə bağlı mövqeyindən belə məlum olur ki, Rusiya prezidenti Vladimir Putin bu ölkəyə gedərsə, BMC-nin orderi əsasında həbs edilməli olacaq. Moskva Ermənistanın belə bir addımını “qəbuledilməz” adlandırıb və nəticələri ilə hədələyib.

BCM Putinin həbsinə martın 17-də order verib. Məhkəmə Rusiya liderini hərbi cinayətlər törətməkdə, Ukraynanın işğal olunmuş ərazilərindən əhalinin, xüsusən də uşaqların məcburi deportasiyası və köçürülməsində ittiham edir. İndi Putin Beynəlxalq Cinayət Məhkəməsinin işində iştirak edən 123 ölkədə həbs oluna bilər.

Azpost.info

Əvvəlki məqalə

“Rusiyanın qış hücumu uğursuzluğa düçar oldu”

Sonrakı məqalə

BVF Ukraynaya 15,6 milyardlıq yardımı təsdiqlədi