Rusiya hərbçiləri Gürcüstan vətəndaşını qətlə yetirib

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Gürcüstan vətəndaşının Rusiya hərbçiləri tərəfindən qətlə yetirilməsi barədə məlumat yayıb.

Gürcüstan DTX insidentin işğal altındakı Cənubi Osetiya bölgəsinin Qori munisipalitetinin Kirbali kəndi ilə həmsərhəd hissəsində baş verdiyini bildirib.

Qeyd olunub ki, noyabrın 6-da yerli sakini qanunsuz olaraq saxlamağa çalışan Rusiya hərbçiləri atəş açaraq onu qətlə yetirib. Məlumata görə daha bir Gürcüstan vətəndaşı saxlanılıb.(APA)

Əvvəlki məqalə

Blinken Hakan Fidanla müzakirə etdiyi mövzuları açıqlayıb

Sonrakı məqalə

ABŞ Ermənistan ordusuna təlim keçəcək