Rusiya İran PUA-ları ilə Ukraynaya hucum edib, “İsgəndər” raketi atıb

İyulun 26-na keçən gecə Rusiya qoşunları 22 “Şahed” hücum PUA-larından istifadə edərək Ukraynaya hücum edib.

Azpost.info Meduza-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk bildirib.

Onun sözlərinə görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri Xerson, Sumı, Jitomir və Çerniqov vilayətlərində 20 pilotsuz uçan aparatı vurub.

Bundan əlavə, Oleşçuk əlavə edib ki, rus qoşunları “İskəndər-M” kompleksindən atılan ballistik raketlə Donetsk vilayətinə hücum edib. Ukrayna mediası Kramatorskdan yaydığı fotoda göyə qalxan qalın qara tüstü görünür. Bunun raket zərbəsi ilə əlaqəli olub-olmadığı bilinmir. Regional hakimiyyət orqanları Kramatorskda partlayışla bağlı xəbərləri hələlik şərh etməyib.

“Ukrenerqo” şirkəti bildirib ki, Rusiya PUA-ları Jitomir və Çerniqov vilayətlərindəki enerji obyektlərinə zərbələr endirib. Jitomir vilayətində istehlakçılar işıqsız qalıb. “Səhər elektrik enerjisinin verilişi bərpa edilib, təmir işləri davam etdirilir”, – deyə şirkətdən əlavə ediblər.

Jitomir vilayəti hərbi idarəsinin rəhbəri Vitali Buneçko bildirib ki, bölgədə hava hücumundan müdafiə qüvvələri işləyir. Onun sözlərinə görə, dronların dağıntıları mülki infrastruktura və enerji obyektlərinə ziyan vurub. O qeyd edib ki, dinc sakinlərdən xəsarət alan olmayıb.

Çerniqov vilayətində Nijin şəhərində infrastruktur obyekti və yaşayış yataqxanası hücuma məruz qalıb. Bir mülki şəxs yaralanıb. Dnepropetrovsk vilayətində kamikadze PUA-ların hücumu zamanı infrastruktura ziyan dəyib.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.