Rusiya Mərkəzi Bankı qiymətli kağızların satışını qadağan etdi

Rusiya Mərkəzi Bankı ölkədəki brokerə xarici müştərilərin adından qiymətli kağızlar satmağı qadağan edən sərəncam verib.  

Rusiya Mərkəzi Bankı fevralın 28-i səhər saat 7-dən etibarən qiymətli kağızlar bazarının broker fəaliyyəti ilə məşğul olan peşəkar iştirakçılarına bu sərəncam ləğv edilənədək müştərilərin (xarici hüquqi və fiziki şəxslərin) qiymətli kağızların satışı ilə bağlı bütün sifarişlərinin icrasının dayandırılması tapşırılıb. Sənəd tənzimləyicinin sədr müavini tərəfindən imzalanıb.

Brokerlər də əməliyyatların dayandırılması ilə bağlı Mərkəzi Banka hesabat göndərməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada rubl şoku –

Sonrakı məqalə

Ali məktəblərə qəbul qaydaları açıqlanıb