Rusiya neft embarqosuna görə 22 milyard itirəcək –“Bloomberg”

Rusiya Avropa İttifaqının (Aİ) neft embarqosu səbəbindən neft gəlirlərindən təxminən 22 milyard dollar itirəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Məlumata görə, “Drujba” neft kəmərinin şimal qolundan Polşaya və Almaniyaya boru nəqlinin dayandırılması Rusiyanın gəlirlərini 12 milyard dollar azaldacaq. Neftin dəniz yolu ilə Avropaya ixracına qoyulan qadağadan isə Rusiya ildə təxminən 10 milyard dollar itirəcək. Asiyada neftin böyük endirimlə satılması səbəbindən Rusiya əlavə itkilərlə də üzləşə bilər.

Qeyd edək ki, mayın 30-da Aİ liderləri Rusiyadan neft idxalına qismən qadağa qoyulması barədə razılığa gəliblər. Azpost.info

Əvvəlki məqalə

DTX 394 nəfəri aldadan 22 yaşlı “haker”i saxlayıb

Sonrakı məqalə

Litva əhalisi pul yığıb Ukrayna üçün “Bayraktar” alır