Rusiya nefti üçün “qiymət tavanı” fiaskosu- Qadağa işə yaramadı (“Financial Times”)

“Rusiya nefti üçün “qiymət tavanı” bir il belə, davam etmədi. Oktyabr ayında, demək olar ki, Rusiya neftinin hamısı bir barrel üçün 60 dollardan yuxarı satılırdı”.

Azpost.info xəbər verir ki, bunu Avropa hökumətinin yüksək səviyyəli rəsmisi “Financial Times”a bildirib.

“Son sübutlar göstərir ki, yanaşmamızı sərtləşdirməliyik… Rusiyanın bunu davam etdirməsinə icazə vermək olmaz”, – rəsmi deyib.

İyulda “Urals” neftinin orta qiyməti bir barel üçün 60 dolları ötüb. Oktyabrda Maliyyə Nazirliyinin məlumatına görə, o, 81,52 dollar təşkil edib. Dünya bazarında əsasən Səudiyyə Ərəbistanı və Rusiyadan tədarükün azalması və Qərb sığorta və maliyyə şirkətlərinin xidmətlərindən istifadə etmədən Rusiya neftini daşıyan “kölgə donanması”nın genişlənməsi də bahalaşmaya kömək edib.

Azpost.info

Əvvəlki məqalə

Avropanın ən yaxşı 10 liqasının bombardirləri

Sonrakı məqalə

Tbilisi aeroportunda sərnişinlər üçün yeni sistem quraşdırılıb