Rusiya “Pasxa atəşkəsi”nə əməl edirmi?
Ukrayna Prezidenti Vladimir Zelenski, Rusiyanın elan etdiyi "Pasxa atəşkəsi"nə baxmayaraq, cəbhə xəttində döyüşlərin davam etdiyini bildirib.
Zelenski bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirskinin saat 6:00-a olan cəbhədəki vəziyyətlə bağlı hesabatına istinadən deyib.
Zelenski, Rusiya qoşunlarının bəzi istiqamətlərdə hücumlarını və artilleriya atəşlərini davam etdirdiyini, həmçinin pilotsuz uçuş aparatlarından istifadə etdiyini vurğulayıb.
Qeyd edək ki, dünən 19 aprel 2025-ci il tarixində Rusiya Prezidenti Vladimir Putin, 19 aprel saat 18:00-dan 21 aprel saat 00:00-a qədər atəşkəs elan edib. Bu qərar, humanitar səbəblərlə əsaslandırılıb və Rusiya tərəfi Ukraynanın da bu atəşkəsə riayət edəcəyini gözlədiyini bildirib.
Əlaqəli xəbərlər
-
Pezeşkian iranlılara çağırış etdi - “Fikir ayrılıqlarını kənara qoyun”
-
Ermənistan TRIPP sazişini təsdiqlədi - ABŞ 74% paya sahib olacaq
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
Növbəti xəbər yüklənir...