Rusiya Qafanda baş konsulluq açır

Rusiya hökuməti Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Qafan şəhərində baş konsulluğun açılması ilə bağlı razılaşmanı təsdiqləyib.

Bu barədə Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin fərman imzalayıb.

Rusiya Federasiyasının Qafandakı Baş Konsulluğu Ermənistanda sayca ikinci olacaq.

Bundan əvvəl Rusiyanın Gümrüdə konsulluğu olub.

Əvvəlki məqalə

Məktəbdə şagird davasına görə azərbaycanlı ailə Rusiyadan deport edilib

Sonrakı məqalə

Zelenskinin keçmiş müşaviri Ukraynanı tərk edib