Rusiya səfərbərlikdən yayınmağa görə cəzaları sərtləşdirəcək

Rusiya hakimiyyəti səfərbərlikdən yayınmağa görə cəzaları sərtləşdirməyə və Cinayət Məcəlləsinin müvafiq maddəsini (328) iki yeni bəndlə tamamlamağa hazırlaşır.

Azpost.info xəbər verir ki, xüsusilə, hərbi xidmətə çağırışa gəlməməyə görə cinayət məsuliyyəti artıq ehtiyatda olan ruslara, səfərbərlikdən yayınmağa təhrik edənlərə şamil edilə bilər.

“Kommersant” yazır ki, bu cür təşəbbüslər Federasiya Şurasında keçirilən “Səfərbərliyə və hərbi vəziyyətin və ya müharibə rejiminin tətbiqinə qarşı yönəlmiş hərəkətlərin cinayət məsuliyyətinə cəlb edilməsinin zəruriliyi haqqında” dəyirmi masada müzakirə olunub.

Azpost.info

Əvvəlki məqalə

ABŞ-da təhsil alan azərbaycanlıların sayı

Sonrakı məqalə

Rusiyada prezident seçkilərinin vaxtı məlum oldu