Rusiya sülhməramlıları Şuşada aksiya keçirilən əraziyə əlavə qüvvə və texnika gətirir

Rusiya sülhməramlıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada etiraz aksiyasının keçirildiyi əraziyə əlavə canlı qüvvə və texnika cəlb edir.

Aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirir, bununla bağlı lazımı tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun görüşə gəlməsini tələb edirlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.