Rusiya terrorçuluqda ittiham etdiyi azərbaycanlını beynəlxalq axtarışa verib

Rusiya hüquq-mühafizə orqanları terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, Sumqayıt şəhərində doğulan, 26 yaşlı İlkin Məlikov qanunsuz olaraq partlayıcı qurğuları əldə etmə, terrora dəstək və mütəşəkkil bir qrup tərəfindən törədilən terror aktına hazırlıqda təqsirli bilinir. 

Onun barəsində dövlətlərarası axtarış qərarı çıxarılıb və saxlanılması üçün İnterpola müraciət edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pandemiyanın üçüncü dalğası istisna olunmur –

Sonrakı məqalə

Azərbaycanda Novruz bayramında 9 gün iş olmayacaq