Rusiya Ukraynada ticarət mərkəzinə raket zərbəsi endirdi –Zelenski "qurbanların sayını təsəvvür etmək olmur" yazdı FOTO/VİDEO

Rusiya Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərindəki ticarət mərkəzinə raketlə zərbə endirib.

Azpost.info bildirir ki, bu barədə prezident Zelenski məlumat verib.

Onun sözlərinə görə, zərbə endirilən zaman ticarət mərkəzində minlərlə adam olub.

“Xilasedicilər hazırda alovun söndürülməsi ilə məşğuldurlar. Qurbanların sayını təsəvvür belə etmək çətindir”-deyə dövlət başçısı yazıb.

Prezident bildirib ki, bu obyekt rus ordusu üçün heç bir strateji önəm daşımayıb.

“Rusiya öz zəifliyinin əvəzini mülki vətəndaşlardan çıxır”-deyə Zelenski hadisə yerindən ilk kadrları nümayiş etdirib.

 

 

 

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 12 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Putin G20 sammitində iştirak etməyə razılıq verib