Rusiya Ukraynanın hərbi poliqonuna raket zərbəsi endirib

Rusiya Ukrayna ordusunun təlimlərinin keçirildiyi Selidovodakı hərbi poliqona raket zərbəsi endirib.

Azpost.info xəbər verir ki, zərbələr zamanı təlim poliqonunda Avdeyevkaya köçürülməsi planlaşdırılan 1,5 minə yaxın Ukrayna əsgəri olub.

Ukraynalı jurnalist İqor Mosiyçuk zərbələrin kassetli sursatlarla həyata keçirildiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi hələlik məlumatı şərh etməyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.