Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında görüş planlaşdırılır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, görüş aprelin 2-də Moskvada keçiriləcək Müstəqil Dövlətlər Birliyi ​ xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutacaq. Zaxarova Rusiya xarici işlər nazirinin MDB XİN başçılarının iclası çərçivəsində azərbaycanlı və erməni həmkarları ilə görüşlərinin keçirilməsinin planlaşdırıldığını söyləyib.