Rusiya və İsrail Qəzzadan rusların təxliyəsini müzakirə ediblər

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov İsrailin Moskvadakı səfiri Aleksandr Ben Tsvi ilə danışıqlar aparıb.

Azpost.info xəbər verir ki, tərəflər Qəzza zolağından Rusiya vətəndaşlarının təxliyəsi, həmçinin HƏMAS hərəkatının üzvlərinin saxladığı girovların azad edilməsi məsələsini müzakirə ediblər.

Söhbət zamanı Rusiya-İsrail gündəminin aktual məsələləri müzakirə edilib, fəal siyasi dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.

Məlumatda deyilir ki, Fələstin-İsrail münaqişəsi zonasında davam edən qarşıdurma kontekstində Rusiya tərəfi bir sıra humanitar problemlərin tezliklə həlli maraqları naminə əlaqələndirilmiş səylərə ehtiyac olduğunu təsdiqləyib.

Azpost.info

Əvvəlki məqalə

XİN və MN Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirir

Sonrakı məqalə

“Muğanbank”ın kredit ödənişi və tələblərin qeydiyyata alınması açıqlanıb