Rusiya XİN Laçın yolundakı aksiya ilə bağlı açıqlama verdi

“Laçın dəhlizində hazırkı vəziyyətə filiz yataqlarının istismarı ilə bağlı tərəflərin fikir ayrılıqları səbəb olub”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya XİN xüsusi nümayəndəsi Mariya Zaxarova brifinqdə Laçın yolunda azərbaycanlı eko-fəalların etiraz aksiyası barədə şərh verərkən bildirib.

Zaxarova vəziyyətdən “narahat” olduqlarını ifadə edib: “Müdafiə Nazirliyi bu günlər ərzində vəziyyətdən çıxış üçün iş aparır”

XİN nümayəndəsi deyib ki, Laçın dəhlizi rus sülhməramlılarının nəzarəti altındadır və  Üçtərəfli Bəyanatda bununla bağlı öhdəliklər göstərilib.

M.Zaxarova bildirib ki, məsələnin həlli üçün iş aparılır.

 

Əvvəlki məqalə

“Putinə Əsədlə üçtərəfli görüşün keçirilməsini təklif etdim”

Sonrakı məqalə

Rusiya XİN general Bəxtiyar Ərsayla bağlı açıqlama verdi