Rusiyada 11 yaşlı qız oxuduğu məktəbi yandırıb –FOTO

Rusiyada 11 yaşlı məktəbli qız orta məktəbi yandırıb. 
Azpost.info bildirir ki, bu barədə Volqoqrad polis idarəsi məlumat yayıb.  Məlumatda deyilir ki, Volqoqradın 92 saylı məktəbində yanğın baş verib.
Polis aydınlaşdırıb ki, yanğın bilərəkdən törədilib. Bunu törədən isə 11 yaşlı məktəbli qız olub. Qız rəfiqəsi ilə məktəb ərazisində gəzişərkən kağızları yandırıb və məktəb binasına atıb. Nəticədə yanğın başlanıb. Qız öz hərəkətini “uşaq şıltaqlığı” kimi izah edib.
İndi məktəblinin valideynləri dəyən ziyanı ödəməlidir. Yanğın nəticəsində 10 kvadratmetr ərazi yanıb.
Əvvəlki məqalə

Tayvan böhranı ABŞ-ı hərəkətə keçirdi

Sonrakı məqalə

Sabah hava necə olacaq?