Rusiyada altı məhbus həbsxanadan qaçıb

Rusiyada altı məhkum həbsxanadan qaçıb.

İnsident Lipetsk vilayətindəki 2 saylı koloniyada baş verib.

Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşları səhər yoxlanışı zamanı 6 məhbusun qaçdığını aşkar ediblər.

Məlum olub ki, məhbuslar qazdıqları tunel vasitəsi ilə həbsxanadan qaçıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Yeli teleqram kanalları qaçan məhbusların Özbəkistan vətəndaşları olmasl barədə məlumat yayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.