“Rusiyada bu keçməyəcək” –Putindən Solovyova sui-qəsd cəhdinə reaksiya

Rusiya Prezidenti Vladimir Putin rusiyalı jurnalist, teleaparıcı Vladimir Solovyovun qətlini planlaşdıran dəstənin saxlanılmasına münasibət bildirib.

Putin Baş Prokurorluğun geniş kollegiya iclasında çıxış edərkən bu mövzudan danışıb.

“Bu gün səhər Federal Təhlükəsizlik Xidməti Rusiyanın tanınmış telejurnalistlərindən birinə hücum və öldürməyi planlaşdıran terror qruplaşmasının fəaliyyətinin qarşısını alıb. Əlbəttə, onlar bunu indi inkar edəcəklər, lakin faktlar və sübutlar təkzibedilməzdir”, – deyə Rusiya Prezidenti vurğulayıb.

Putin bununla bağlı qeyd edib ki, Qərb xüsusi xidmət orqanlarının, əlbəttə ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Ukrayna təhlükəsizlik orqanları ilə işləyən kuratorlarının soyadları Moskvaya məlumdur: “Görünür, onlar belə məsləhətlər veririlər. Jurnalistlərin hüquqlarına, informasiyanın yayılmasına münasibət belədir. Ümumiyyətlə, insan haqlarına münasibət belədir. Onlar yalnız öz hüquqlarını düşünürlər – kimsə imperiya ambisiyalarından çıxış edərək, kimsə də müstəmləkə keçmişindən çıxış edərək…Rusiyada bu keçməyəcək”, o deyib.

Əvvəlki məqalə

Prezident bu sahibkarları orden və medalla təltif etdi – SƏRƏNCAM

Sonrakı məqalə

Polad Bülbüloğlu qəza törətməsi barədə xəbəri təkzib edib