Rusiyada dünya tarixinin tədrisini dayandırmaq təklif olunur- Narışkindən AÇIQLAMA

Rusiya universitetlərində ümumi dünya tarixinin tədrisini dayandırmaq və diqqəti ölkənin öz tarixinin öyrənilməsinə yönəltmək lazımdır.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

Onun sözlərinə görə, digər ölkələrin tarixi xüsusi olaraq tarix elmi ilə məşğul olmayan ixtisaslar üzrə universitet kursunu çox yükləyir. “Ümumi tarixə aid materiallar mənimsənilmir və ya zəif mənimsənilir. Ona görə də bu gün ümumi tarixlə bağlı əlavə bölmələrin konsepsiyadan çıxarılması məsələsinə baxılmasını təklif edirəm”.

Narışkin qeyd edib ki, dünya tarixi yalnız qaçılmaz hallarda öyrədilməlidir. Xüsusilə, politoloqlar, regionşünaslar və beynəlxalq hüquqşünaslar başqa ölkələrin tarixi ilə tanış ola bilərlər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.