Rusiya Federasiya Şurası prezident seçkilərinin tarixini dekabrın 13-də açıqlaya bilər.
Bu barədə lenta.ru məlumat yayıb.
Bildirilib ki, prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi ehtimal olunur.
Qeyd edək ki, 2020-ci ildə iyul ayında ölkə konstitusiyasına edilən dəyişikliklərlə bağlı keçirilən ümumxalqsəsverməsi-referendumun nəticələrinə görə, Rusiyada prezidentlik müddəti 4 ildən 6 ilə qaldırılıb. Eyni zamanda hazırkı Prezident Vladimir Putinin əvvəlki prezidentlik müddəti sıfırlanıb. Bu isə Putinə növbəti dəfə dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməyə imkan verir.