Rusiyada prezident seçkilərinin vaxtı məlum oldu

Rusiya Federasiya Şurası prezident seçkilərinin tarixini dekabrın 13-də açıqlaya bilər.

Bu barədə lenta.ru məlumat yayıb.

Bildirilib ki, prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi ehtimal olunur.

Qeyd edək ki, 2020-ci ildə iyul ayında ölkə konstitusiyasına edilən dəyişikliklərlə bağlı keçirilən ümumxalqsəsverməsi-referendumun nəticələrinə görə, Rusiyada prezidentlik müddəti 4 ildən 6 ilə qaldırılıb. Eyni zamanda hazırkı Prezident Vladimir Putinin əvvəlki prezidentlik müddəti sıfırlanıb. Bu isə Putinə növbəti dəfə dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməyə imkan verir.

Əvvəlki məqalə

Rusiya səfərbərlikdən yayınmağa görə cəzaları sərtləşdirəcək

Sonrakı məqalə

“Avropa Ukraynaya yardımı azaltmayacaq”