Rostov İstintaq Təcridxanasında girov götürənlər avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər.
Bu barədə Baza telegram kanalı məlumat yayıb.
Qeyd edək ki, bu gün Rostov şəhərində yerləşən 1 saylı İstintaq təcridxanasında cəza çəkən beş nəfər İŞİD üzvü təcridxananın iki əməkdaşını girov götürüb.
Sosial şəbəkələrdə əllərində bıçaq və İŞİD-in simvolikası, bayrağı olan şəxslərin video görüntüləri yayılıb.
Rusiya mətbuatı girov götürənlərin kimliyini artıq açıqlayıb. Məlum olub ki, həmin şəxslər Karaçay Çərkəz Reapublikasının ərazisində terror aktı törətməkdə təqsirləndirilərək 18 il azadlıqdan məhrum edilən Akiyev Şamil, Qiriyev Tamerlan Tsiskiyev Azamatdır. Onların hər üçün hər üçünün İnquşetiya sakini olduğu bildirilib.
Hazırda danışıqlar davam edir. Təhlükəsizlik qüvvələri onları təslim olmağa və silahlarını yerə qoymağa inandırmağa çalışır.