Rusiyada Teleqram kanalları bloklanacaq –Qanun hazırlanır

Müharibə başlayandan sonra Rusiyada populyarlığı artan Teleqram kanalları anonimləşdirilməlidir. Onlar üçün elektron media kimi qeydiyyat tətbiq edilməli, imtina edildiyi təqdirdə isə bloklanmalıdır.

Azpost.info xəbər verir ki, bu təklifi Rusiya Dumasının İnformasiya siyasəti komitəsinin sədr müavini Andrey Svintsov səsləndirib.

Onun sözlərinə görə, messencerin bloklanması texniki cəhətdən mümkün olduqdan sonra sahiblərinin və inzibatçılarının adları və məlumatlarının açıqlanması ilə Teleqram kanallarının məcburi qeydiyyatı haqqında qanun qəbul ediləcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.