Rusiyada Xoşbəxtlik Nazirliyinin yaradılması təklifinə Dumadan- REAKSİYA

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun Xoşbəxtlik Nazirliyinin yaradılması təklifi birmənalı qarşılanmayıb.

Azpost.info xəbər verir ki, Rusiya Dumasının komitə sədri Nina Ostanina belə bir təşəbbüsün hökuməti xalqdan daha da uzaqlaşdıracağını və bir çox ruslar arasında aqressiyaya səbəb ola biləcəyini deyib.

“Bu, ataları və ya oğulları hazırda xüsusi hərbi əməliyyatda döyüşən ailələrdə nəinki çaşqınlıq, həm də aqressiyaya səbəb olacaq. İndi hansı xoşbəxtlikdən danışmaq olar? Onlardan xoşbəxt olub-olmadıqlarını soruşmaq, mənə elə gəlir ki, cəmiyyətimizin indiki durumu baxımından yersizdir”, – deputat bildirib.

O xatırladıb ki, rusların xoşbəxtliyi haqqında Federasiya Şurası ölkədə pensiya yaşının artırılmasını təsdiq edəndə düşünmək lazım idi.

Azpost.info

Əvvəlki məqalə

“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr edib

Sonrakı məqalə

Bəxtiyar Hacıyevə qarşı vergidən yayınma ittihamı irəli sürülüb