Rusiyada “YouTube” tam bloklanacaq –XİN ruslara müraciət etdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ruslara “Youtube” videohostinqinin tamamilə bloklanması ilə bağlı xəbərdarlıq edib və onları lazımi məzmunu saxlamağa çağırıb.

Azpost.info xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yazıb. “Görünür, “YouTube” öz hökmünü imzalayıb. Məzmunu yadda saxlayın, rus platformalarına köçürün və cəld olun!”, – Zaxarova deyib.

Qeyd edək ki, bu gün “Google” “YouTube”da Dövlət Dumasının kanalını bloklayıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.