Rusiyadan xaricə pul köçürməyə qadağa –5 min dollardan çox olmaz

Rusiya Mərkəzi Bankı ölkədən pul köçürmələri ilə bağlı daha bir məhdudiyyət tətbiq edib.

Mərkəzi Bank valyuta bazarındakı «yüksək volotilliyi» əsas gətirərək xaricdəki həyat yoldaşı və qohumlara pul köçürülməsinə məhdudiyyət  qoyub.

Yeni qaydaya əsasən xaricdə yaşayaş yaxın qohum və ya həyat yoldaşına ayda cəmi 5 min dollar köçürmək olar. Söhbət valideyn, uşaqlar, baba-nənə və digər yaxın qohumlardan gedir.

Artıq bununla bağlı göstəriş banklara göndərilib. «Bu məcburi tədbirdir, ona görə tətbiq edilir ki, valyuta ölkədən kənara axmasın və rublun məzənnəsinə mənfi təsir etməsin»-deyə «Fitch» agentliyinin maliyyə təşkilatları üzrə analitiki Anton Lopatin bilirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Polşadan ilk çarter reysi ilə 180 Azərbaycan vətəndaşı təxliyə edilib

Sonrakı məqalə

Bu dünya brendləri də Rusiyadan getdi