Rusiyalı deputat Ukraynaya dəstək verən qızından imtina etdi –FOTO

Xantı-Mansi Muxtar Dairəsindən olan Federasiya Şurasının üzvü Yuqra Eduard İsakov Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına qarşı çıxan qızından açıq şəkildə imtina edib.

“Lenta.ru” xəbər verir ki, bu barədə senator teleqram kanalında yazıb.

Deputat deyib ki, qızı Diana xarici agent kimi tanınan mediaya müsahibə verib. Müsahibədə xüsusi əməliyyatı qınayıb və bunun müqabilində pul mükafatı alıb. İsakov belə nəticəyə gəlib ki, qızı “atasını, ailəsini, vətənini satdığı üçün” satqındır.

Qızının bu hərəkətindən qəzəblənən senator 22 ildir ki, onun tərbiyəsində iştirak etmədiyini etiraf edib.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.