Rusiyanın 27 təyyarəsinə Misirə uçuş qadağan edilib

Rusiya aviasiya parkına məxsus ən azı 27 təyyarəsinin Misirə uçuşu qadağan edilib.

Azpost.info bildirir ki, bu barədə “İzvestiya” qəzeti Federal Hava Nəqliyyatı Agentliyinə istinadən yazır.

Məlumatda bildirilir ki, teleqramlar “Aeroflot” və “Rossiya” aviaşirkətlərinə göndərilib.

Mətndə bu təyyarələrin yanvarın 12-dən xüsusi qərar çıxana  qədər həbs olunma riski olduğu açıqlanıb və bununnla  əlaqədar uçuşlarının qadağan edilməsi tələb olunub.

Məhdudiyyətlər “Aeroflot” aviaşirkətinə məxsus on “Airbus A320”, doqquz “Boeing 777-300ER”, dörd “Airbus A321” və “Airbus A350”, habelə “Rusiya” şirkətinin üç “Boeing 737-800” təyyarəsinə şamil edilib.

Məlumat Rusiya təyyarələrinin Misir hava limanlarında həbs oluna biləcəyi barədə xəbər aldıqdan sonra göndərilib.

27 təyyarənin hamısı Dövlət Nəqliyyat Lizinq Şirkətinə aiddir. Hava gəmiləri İrlandiyanın Ali Məhkəməsində onları Dövlət Nəqliyyat Lizinq Şirkətindən müsadirə etmək məqsədi ilə mübahisələndirilən 37 Rusiya təyyarəsi arasındadır.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.