Rusiyanın 3 böyük bankı bu gün SWIFT-dən ayrılır –Sanksiya “qurbanları” nə düşünür?

Bu gündən Avropa İttifaqı (Aİ) Rusiyanın ən böyük bankı “Sberbank”ı, eləcə də “Rosselxozbank” və “Moskva Kredit Bankı”nı SWIFT sistemindən ayırır.

Azpost.info xəbər verir ki, bu, Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı altıncı sanksiyalar paketi çərçivəsində həyata keçirilir. Bu sanksiya mayın sonunda uzun sürən məsləhətləşmələrdən sonra Aİ Şurası tərəfindən razılaşdırılıb. Bir neçə gündən sonra məhdudiyyətlərin əksəriyyəti qüvvəyə minib.

Sanksiyaya məruz qalan bankların nümayəndələri iddia edirlər ki, SWIFT-dən ayrılma onların işinə o qədər də təsir etməyəcək. “Sberbank” bildirib ki, onlar həmişəki kimi işləyirlər və SWIFT-dən ayrılma beynəlxalq hesablaşmalarla bağlı vəziyyəti dəyişmir. “Moskva Kredit Bankı”ndan deyiblər ki, Rusiya daxilində əməliyyatlar həmişəki kimi davam edəcək, lakin xaricdə ödənişlər edərkən müddət arta bilər. “Rosselxozbank” bəyan edib ki, Rusiya bank sistemində fasiləsiz avtonom fəaliyyəti təmin etmək üçün lazımi şərait yaradılıb.

Azpost.info

Əvvəlki məqalə

Kəlbəcərdə cəryan vuran əsgər Riyad Əliyarovun FOTOSU

Sonrakı məqalə

Tofiq Mirzəyevə xalq artisti adı verildi, “Şöhrət” ordeni ilə təltif olundu –