“Rusiyanın aktivlərini müsadirə edənlər çox ciddi hüquqi nəticələrlə üzləşəcəklər”- PESKOV

“Rusiya aktivlərinin müsadirəsi bu cür qərarlar qəbul edənlər və onlardan istifadə edənlər üçün çox ciddi hüquqi nəticələrə səbəb olacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva cavab tədbirləri işləyib hazırlayacaq: “Bu tədbirlər bizim maraqlarımıza ən uyğun şəkildə olacaqlar. Bu tendensiya uzun müddətdir müşahidə olunur. Birləşmiş Ştatlar və Avropa İttifaqı ardıcıl olaraq Rusiyanın aktivlərinin qanunsuz olaraq müsadirəsini davam etdirməyə çalışır. Bu qanunsuzdur və bütün mümkün qaydalara ziddir”.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.