Rusiyanın DİN rəhbəri miqrantlara nəzarəti gücləndirməyi tələb edib –Bu şəxslər deport olunacaq

Rusiyanın daxili işlər naziri miqrantlara nəzarəti gücləndirməyə çağırıb.

Azpost.info bildirir ki, nazir Vladimir Kolokoltsev bildirib ki, Rusiya ərazisində əcnəbilər üzərində nəzarət, xüsusən də vətəndaşlıq, yaşayış icazəsi və müvəqqəti yaşamaq icazəsi ilə bağlı gücləndirilməlidir.

“Əcnəbilərin Rusiya vətəndaşlığına qəbuluna, habelə müvəqqəti yaşamaq və yaşamaq üçün verilən icazələrə nəzarət gücləndirilməlidir”-deyə DİN rəhbəri bildirib.

Kolokoltsevin sözlərinə görə, barmaq izi və fotoşəkil çəkdirməkdən yayınan miqrantları daha diqqətlə müəyyən etmək lazımdır. Nazirin sözlərinə görə, ictimai təhlükəsizliyi təhdid edən vətəndaşlar deportasiya edilməli, eyni zamanda hüquqi statusları ləğv edilməlidir.

Bundan əvvəl Kolokoltsev əcnəbilərin Rusiyada qalmaq üçün hansı sxemlərdən istifadə etdiyini demişdi. Onların arasında qondarma nikahlar, rus dili imtahan nəticələrinin saxtalaşdırılması və təhsil almaqla bağlı saxta dəvətnamələr var. Ölkəyə girişi qadağan edilən eyni miqrantlar saxta sənədlərlə geri qayıtmağa çalışırlar.

Əvvəlki məqalə

Portuqaliyanın Baş naziri istefa verib

Sonrakı məqalə

Nazirlər Kabinetində Azərbaycanın 2022-2026-cı illərdə inkişaf Strategiyasına dair iclas keçirilib