“Rusiyanın dondurulmuş aktivlərini oğurlamaqla G7 öz ayağına güllə sıxır”- VOLODİN

“G7 Rusiyanın dondurulmuş aktivlərini oğurlamaq istədiyini faktiki olaraq etiraf edib”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Onun sözlərinə görə, Rusiyanın cavab tədbirləri üçün mənəvi və hüquqi əsasları var.

“ABŞ və onun “altılığının” qərarı öz ayaqlarına güllə sıxmaqdır. Heç bir dövlət, heç bir biznes və ya özəl sahibkar bu ölkələrə sərmayə qoymayacaq, pullarının saxta bəhanələrlə oğurlana biləcəyini başa düşəcəklər”, – Volodin qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti sammiti Azərbaycanda keçiriləcək

Sonrakı məqalə

Laçında kinoteatr açılıb