Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Bakıya səfər edib. Bu barədəTASS məlumat yayıb. Məlumatda bildirilir ki, rusiyalı nazir bu axşam Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Səfərin sonuncu günü - mayın 11-də isə Lavrovla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında görüş olacaq. Qeyd edək ki, Rusiya XİN başçısı 5-6 may tarixlərində İrəvana səfəri çərçivəsində erməni həmkarı Ara Ayvazyan və Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb.